Page 41 - "Kişi, qadın və çətir"
P. 41
adaya köçüb gəldim. ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
İndi ikimərtəbəli villada yaşayıram,
“Toyota” sürürəm.
Yeni tanışlara uyğunlaşıram,
Ancaq aralarında rast gəlmirəm sənə,
Əgər olsaydın,
gülümsəməsən də, tanıya bilərdim yenə.
Təbəssümün heç vaxt saxta olmayıb
çünki,
məni bu yandırır –
bəzən okeanın dalğaları
sənin təsadüfi bir şeirinlə
təsadüfi bir butulkanı vurub sındırır
və mən buna
göndərilmiş bir vəhy kimi sevinirəm.

Dostum, sən xəstələnəndə, 41
mən Fyodor Atanın anası kimi
Otaqlara göz gəzdirirdim
Görəsən, əşyalardan qurtulummu,
deyirdim.
Paylayımmı, dəyər-dəyməzinə satımmı,
yandırımmı?
Bu dəfə haraya baş alım gedim –
okeanın hansı adasına?
Dünya elə balacadı
hər yerinə baş çəkmişəm,
bələdəm ona.
   36   37   38   39   40   41   42   43   44   45   46