Page 42 - "Kişi, qadın və çətir"
P. 42
KİŞİ, QADIN VƏ ÇƏTİR

“Rəğbət” sözünün hansı hərflə
başladığını
və əlifbada neçənci olduğunu
xatırlayan olmalıdı gərək –
o, bu şeiri oxuyub
hansısa adaya köçmək istəyəcək.
Xəstəliyimi bilib (hamımız Tanrının
kölgəsindəyik!)
42 həmin adaya, bəlkə də, məndən tez
yetişəcək
və orada
qanadlarında Xuan Mironun rəsmləri
silinmiş
tropik kəpənəklərini görəcək...
Mənə xoş olacaq eşitmək bunu
Çünki ona
mən xatırlatmışam kim olduğunu.
   37   38   39   40   41   42   43   44   45   46   47