Page 36 - "Kişi, qadın və çətir"
P. 36
KİŞİ, QADIN VƏ ÇƏTİR

Sonuncu avtobus

Toyuqlar hinə dolanda,
evdən çıxıb
sonuncu avtobusla gedirəm.

Budu, o dayanır kəndimizin yanında,
İşdən,
Qonaqlıqdan,
Dərsdən gələn kəndlilərim düşür ondan –
36 Bu balaca, köhnə avtobusa
Onların hamısı necə yerləşir?
Ruhani məktəbinin tələbələri gülüşür:
Bu, avtobus deyil,
Dar bir başmaq tayıdı!

İndi isə
Təkcə özüməm boş avtobusda
harda istəyirəm
Orda da otururam.

Evdən çıxıb
Sonuncu avtobusla gedirəm,
Hərçənd bilirəm ki,
Geriyə qayıtmağa maşın olmayacaq.
Sonuncu avtobusla gedirəm qadın
yanına,
Evdə olacaqmı? – bilmirəm ancaq.
   31   32   33   34   35   36   37   38   39   40   41