Page 35 - "Kişi, qadın və çətir"
P. 35
ndin kənarındakı qız ÇAĞDAŞ UKRAYNA ŞEİRİ

Kəndin kənarında yaşayanlar 35
Artıq başqa varlıqlardı.

Bir dəfə özüm gördüm
Bütün günü səni gözlərimdə daşıyım
deyə
Torağay qanadlarını çırpa-çırpa
necə uçdun göyə.

Ya da
Bütün günü qulaqlarımda daşıyım deyə
Bülbül dilində bir nəğməni
bir axşam necə oxuduğunsa
hələ də təsirindəyəm.

Və ya bir gün,
sən quyudan su daşımağa gedəndə
məni yanına gətirəsən deyə
tülkü izlərini cığıra necə saldığını
məcbur oldum seyr etməyə.

Səninlə tanış olandan bəri,
nə vaxtdı sənə baxmağa çağırırsan,
nə vaxtdı sənə qulaq asmağa çağırırsan,
hansı quyunun yanında
yaşadığını bilim deyə.
o vaxtdan çağırırsan izinə düşməyə.
   30   31   32   33   34   35   36   37   38   39   40