Page 50 - "Kişi, qadın və çətir"
P. 50
KİŞİ, QADIN VƏ ÇƏTİR
Bu dəniz elə sonsuzdu ki –
Allah qarşısında qorxu kimi,
ehtiraslı bədənin ümidsizliyi kimi,
günaha batmış ruhun qiyamı kimi…
Bu dənizin bircə sahili var,
o sahildə bircə daş –
zamanın üyüdüb
50 çınqıla döndərmədiyi daş.
Duzların ağartdığı,
ağrıların duzlaşdırdığı bu daş
hər səhər qadını gözləyir –
dəniz kimi tənha qadını.
Qadın bilmir ki,
quş deyil,
balıq deyil,
ulduz deyil…
sadəcə tənhadı –
dəniz sahilində kiminsə unutduğu
tənha.
Bu dəniz elə sonsuzdu ki –
Allah qarşısında qorxu kimi,
ehtiraslı bədənin ümidsizliyi kimi,
günaha batmış ruhun qiyamı kimi…
Bu dənizin bircə sahili var,
o sahildə bircə daş –
zamanın üyüdüb
50 çınqıla döndərmədiyi daş.
Duzların ağartdığı,
ağrıların duzlaşdırdığı bu daş
hər səhər qadını gözləyir –
dəniz kimi tənha qadını.
Qadın bilmir ki,
quş deyil,
balıq deyil,
ulduz deyil…
sadəcə tənhadı –
dəniz sahilində kiminsə unutduğu
tənha.