Page 59 - "Kişi, qadın və çətir"
P. 59
anbalığı ÇAĞDAŞ UKRAYNA ŞEİRİ

Necə də sevirdim balıq tutmağı – 59
özü də yağışda,
birbaşa qapının ağzında!
Evə yalnız
çörəyin üstünə piy çəkib duzlamaq,
pomidorun qırmızısını
götürmək üçün girirdim,
ya da təzəcə tutduğum karpı
artırmadakı vedrəyə
şappıltıyla atmaq üçün.
...Sonra yenə cumurdum yağışın altına...

...Bir qarmaq tapdım bir dəfə
qaytanı at tükündən qalın.
Ən yaxındakı gölə getdim –
nəhəng, yad şəhərdə başqa nə edim?
Yadımdadı,
ilyimə kimi islanmışdım,
axşam düşəndə
bir dənə dabanbalığı ilə qayıtdım.
Şüşə qaba atdım onu,
özümə yer saldım
Ayın işığı düşən parketin üstündə
qabı da başımın yanına qoydum...
Sonuncu maşınlar çox axtardı bizi,
divarlarda dolaşırdı faraların işığı...
Uzanıb canımı qızdırırdım,
   54   55   56   57   58   59   60   61   62   63   64