Page 62 - "Kişi, qadın və çətir"
P. 62
KİŞİ, QADIN VƏ ÇƏTİR

İlk leysan

İlk leysan
yuyub apardı xatirəni,
sübhçağı hiss olunan nə vardısa,
hamısını yuyub apardı.
Yorğunluq duyulurdu: hər şey baş
vermişdi...
Əllərimi nəm pöhrəyə uzatdım
amma onu tanımadım...
62 qaş qaralırdı...
ətrafda hələ gölməçələr köpüklənirdi...
arxamdan
qara xallı xırda bir quş keçdi
səssiz kinodakı kimi qırıq hərəkətlə...
Üşüyürdü –
lələkləri qabarmışdı...
Yenə əlimi uzatdım
hələ də nəm olan pöhrəyə
və ağladım...

İt

Daş kimi düşüb qalmışdı meşədə,
hörümçək toruna bürünmüş başını
yuxarı qaldırmışdı...
Külək ölü tüklərini qarışdırıb yatırmışdı...
Uşaqların xaç suyuna çəkildiyi
   57   58   59   60   61   62   63   64   65   66   67