Page 78 - "Kişi, qadın və çətir"
P. 78
KİŞİ, QADIN VƏ ÇƏTİR
***
Ey Haqq Tanrı! Yalvarıram sənə mən!
Gəl mənə lütf elə –
Parçala hemoqlobinimi,
Dəyiş xlorofillə.
Rədd edə bilərəm başımdan onda
öz rəislərimi, kollektivimi,
yüz iyirmi rublluq məvacibimi.
Duraram yanaşı eyni cərgədə
78 çiyin söykəyərəm qan qardaşlarıma –
palıda, ağcaqayına, göyrüşə.
Onların yanında bir az su içib
Tutaram üzümü günəşə –
İnsan kimi boyunduruq altında
qazandığımı
Günəş fotosintez yoluyla verər mənə.
dayanıb-duraram yamyaşıl və pak,
alyanaq qızlara göz də vuraram
bitki varlığını qınayanları
biganəliyimlə susduraram...
Ey adil Haqq! Göstər kəramətini!
***
Ey Haqq Tanrı! Yalvarıram sənə mən!
Gəl mənə lütf elə –
Parçala hemoqlobinimi,
Dəyiş xlorofillə.
Rədd edə bilərəm başımdan onda
öz rəislərimi, kollektivimi,
yüz iyirmi rublluq məvacibimi.
Duraram yanaşı eyni cərgədə
78 çiyin söykəyərəm qan qardaşlarıma –
palıda, ağcaqayına, göyrüşə.
Onların yanında bir az su içib
Tutaram üzümü günəşə –
İnsan kimi boyunduruq altında
qazandığımı
Günəş fotosintez yoluyla verər mənə.
dayanıb-duraram yamyaşıl və pak,
alyanaq qızlara göz də vuraram
bitki varlığını qınayanları
biganəliyimlə susduraram...
Ey adil Haqq! Göstər kəramətini!