Page 183 - "Kişi, qadın və çətir"
P. 183
imin altında əriyib itirdilər. ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
Başa düşürdüm ki,
heç nə edə bilmərəm, 183
kimsəni köməyə də çağırmırdım.
Məni satmışdılar,
amma ən çox da
yorğun idim deyə buraxdım onu
və and içdim ki,
bir də heç bir dayaq axtarmayacam.

Sən gümüşü alışqanla
pəncərə arxasında
şimşəyin çaxışına uyğun oynayırdın
sən yovşan ilahisiydin –
gözlərin də absent rəngində.
Axırda onlardan elə məst oldum,
hətta ibadət etməyin də başını buraxdım.

Belə şimşəkdə hara gedəcəksən ki?
İstəyirsən telefonları da,
işığı da söndürək,
təkcə fransız filmi qoy qalsın
bir də darçın ətri –
onda necəydisə, eləcə...
Yadındadı?
Onda kimsə qapını döymüşdü,
mən də soruşmuşdum: “Kimdir?”
“Jan Kokto!” – demişdi.
Ah, necə ləzzət alırdıq!
Qal, gözlə,
   178   179   180   181   182   183   184   185   186   187   188