Page 182 - "Kişi, qadın və çətir"
P. 182
KİŞİ, QADIN VƏ ÇƏTİR

və soxulcanlar onları tapınca
necə tez-tez nəfəs alır, necə tez böyüyürlər?

Bax beləcə
içimdən xatirələr cücərir hər gün
birini zəhərlədim, on dənəsi cücərdi
ağlar – əzir,
qırmızılar – ağrıyır,
qaralar – pusquda durub gözləyir...

182 Bilirsən duman üçün
tərk etmək necə çətindir
doğma evlərin rahat damlarını?
Eləcə də hər dəfə
üzümü çevirib irəli getmək,
büdrəyib yıxılmaq mənə çətindir;
yol qırağındakı göbələklərin,
və qalın dumanın arasından keçmək,
getdikcə daha uzaqlara getmək,
atəş açmağa haqqın çatmadan getmək
çətindir mənə, yaman çətindir.

***
mən balinaların
məxmər bellərini sığallayırdım
və dünyanın nəyin üzərində durduğunu
öyrəndiyimiz gecə
eşidirdim onların necə ağladığını.
Qorxmuş uşaqlar kimi
zağ-zağ əsirdi balinalar,
   177   178   179   180   181   182   183   184   185   186   187