Page 187 - "Kişi, qadın və çətir"
P. 187
3 ÇAĞDAŞ UKRAYNA ŞEİRİ

paytaxtın ən ucqar yerində 187
sovet memarlığının
doqquzmərtəbəli şedevrinin
yeddinci və doqquzuncu mərtəbələri
arasında sıxılaraq
pianoya qulaq asıram
hərçənd
Bill Klintonun saksafonunu
dinləmək istərdim.

Məhz bu vaxtlar hansısa narkomanın
ot aldığı birinci mərtəbəylə
qıyıqgöz şərqli qızın
pianonu öyrənməyə başladığı
doqquzuncu mərtəbə arasında

çalışıram ki, terror aktlarından,
parlament davalarından
və başqa zir-zibildən ibarət
xəbərlərə qulaq asmayım.

Məhz bu vaxtlar
tanımadığım adamların sevişdiyi
ikinci mərtəbəylə
qıyıqgöz şərqli qızın
   182   183   184   185   186   187   188   189   190   191   192