Page 186 - "Kişi, qadın və çətir"
P. 186
KİŞİ, QADIN VƏ ÇƏTİR

186 ***

getmək istərkən dedim:
dayan, hara gedirsən?
səni gözləyən yoxdu o yerlərdə –
orda nə tapacaqsan,
ordan nə götürəcəksən axı?!
yalnız vaxt itirəcəksən
güc itirəcəksən axı.
qal,
burda darıxmazsan
“youtobe”da tanışların göndərdiyi
virus reklamlarına baxarıq
“skayp”da canlı yayıma çıxarıq...
getmə, dostum
maraqlı olacaq, görərsən.

çantasını yerə qoyub getmədi...

beləcə get-gedə çətinləşir
hər dəfə onu yoldan saxlamaq
hər dəfə vəd verib evə bağlamaq
lənət şeytana,
düşünürəm ki,
bu axmaq güzgüylə
daha ehtiyatlı olmaq lazım
   181   182   183   184   185   186   187   188   189   190   191