Page 181 - "Kişi, qadın və çətir"
P. 181
yə görəsə dartıb çıxardığı ağac ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
qoymayıb özbaşına böyüyüm
yaman çox su içirdim 181
çox istəyirdim ki, qurumayım
və indi də var gücümlə
çalışıram çürüməyim
bax əlində bıçaq tutmuş o oğlan
gəlir qabığımı çərtməyə
istəyir bəhrəli bir budaq calasın mənə
sən ey məni yoldan çıxarmaq istəyən
qaç burdan, sən Allah, çıx get
canımı ağrıtma
mantar ağacıyam mən
yəni lənət ağacı...
çıxarın məni kökümdən
silin pozun adımı
qadınların səmavi siyahısından

Böcək ürəyi

Bilirsən böcəyin xırdaca ürəyi
necə dayanır şam ağacının göz yaşında?
Bax mən də eləcə
evinizin yanında gəlib dayanıram hərdən
ayaqların səhər tozuna toxunmamış
bir də dirilim deyə.

Heç bilirsən sırtıq göbələklər
necə boy verib üzə çıxır
meşənin yumşaq qumundan
   176   177   178   179   180   181   182   183   184   185   186