Page 176 - "Kişi, qadın və çətir"
P. 176
KİŞİ, QADIN VƏ ÇƏTİR
***
Onsuz da nə vaxtsa
o biri sahilə qayıdacağıq –
cavanlıqda paltarımızı
qoyub gəldiyimiz yerə
sən hərbi mundirsən,
mən qadın paltarı
onda sən bütün dünyayçün fərariydin,
mənimçünsə hərbi əsir
176 çünki məhz mən səni yoldan çıxartmışdım ki,
müharibəni bizdə gecələyəsən
çünki məhz mən
cığırları evin başına dolamışdım.
indi mənimçün həqiqətən fərqi yoxdu ki,
nə vaxt qayıdacağıq o biri sahilə
onsuz da orda təkcə bir ağac tanıyacaq bizi,
o da əl uzatmayacaq
***
camaatın arasında
uşağımın atasını axtarıram
əlamətləri?
güman ki
şəhərin anatomiyasını yaxşı bilir
güman ki
***
Onsuz da nə vaxtsa
o biri sahilə qayıdacağıq –
cavanlıqda paltarımızı
qoyub gəldiyimiz yerə
sən hərbi mundirsən,
mən qadın paltarı
onda sən bütün dünyayçün fərariydin,
mənimçünsə hərbi əsir
176 çünki məhz mən səni yoldan çıxartmışdım ki,
müharibəni bizdə gecələyəsən
çünki məhz mən
cığırları evin başına dolamışdım.
indi mənimçün həqiqətən fərqi yoxdu ki,
nə vaxt qayıdacağıq o biri sahilə
onsuz da orda təkcə bir ağac tanıyacaq bizi,
o da əl uzatmayacaq
***
camaatın arasında
uşağımın atasını axtarıram
əlamətləri?
güman ki
şəhərin anatomiyasını yaxşı bilir
güman ki