Page 173 - "Kişi, qadın və çətir"
P. 173
ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
ikisinə 140 il yaşayacaqlar
eyni vaxtda gözlərini yumaraq 173
eyni yuxular görərək
ya da yuxular haqda eyni yuxuya baxaraq
onların ikinəfərlik bir ömründə
birotaqlı mənzildəkitək darısqallıqdı
bilirdilər
bilirdilər ki, tezliklə
deportasiya olunacaqlar
amma heç kim
axırda çıxmaq istəmədi
elə buna görə də
ikisinə 140 il yaşayacaqlar
daha vərdiş eləyiblər
axşam zibili atmağa
bir-birinin tozunu silməyə,
saatın yataq yarasını sağaltmağa
amma heç kim
axırda çıxmaq istəmədi...
kim axırda çıxacaqsa
günəşi söndürsün
ikisinə 140 il yaşayacaqlar
eyni vaxtda gözlərini yumaraq 173
eyni yuxular görərək
ya da yuxular haqda eyni yuxuya baxaraq
onların ikinəfərlik bir ömründə
birotaqlı mənzildəkitək darısqallıqdı
bilirdilər
bilirdilər ki, tezliklə
deportasiya olunacaqlar
amma heç kim
axırda çıxmaq istəmədi
elə buna görə də
ikisinə 140 il yaşayacaqlar
daha vərdiş eləyiblər
axşam zibili atmağa
bir-birinin tozunu silməyə,
saatın yataq yarasını sağaltmağa
amma heç kim
axırda çıxmaq istəmədi...
kim axırda çıxacaqsa
günəşi söndürsün