Page 180 - "Kişi, qadın və çətir"
P. 180
KİŞİ, QADIN VƏ ÇƏTİR

Sənə, hətta kitablar da yazdım, amma...
yaxşısı budur, bunu danışmayım.
Mən də təəccübləndirməyə adam tapdım.

Sənin musiqini dinləməyə cəhd etdim,
amma bağışla ki, bir şey çıxmadı.

180 Və əgər
qismətim olmayacaqsa
bir də heç vaxt sənə toxuna bilmək,
onda bil –
mənimlə birgə olacaq
sadiq dostların, qadınların,
bir də köhnə ağaclar.
Bax elə bu qədər,
Düşünürəm ki,
ölməməkdən ötrü bunlar bəs edər.

Mantar ağacı

son zamanlar yaman çox içirəm
axırda huşumu itirib ağaca dönürəm
zibil olub
özümü ləkəli paltarlarıma təslim edirəm
çünki onların qarşısında
günahım olduğunu bilirəm
axı çoxdandı qadın deyiləm
dilsiz bir ağacam mən
hansısa “dost əlləri”nin
   175   176   177   178   179   180   181   182   183   184   185