Page 179 - "Kişi, qadın və çətir"
P. 179
irdim mən sənin qadınlarını ÇAĞDAŞ UKRAYNA ŞEİRİ

Mən sənin qadınlarını sevirdim... 179
şəxsən tanıdıqlarımı da,
fotolardakı məni tanımayanları da –
onlardan dostların danışırdı mənə.
Ən çox da
yuxusuz gecələrin ala-toranında
uydurub gerçəyə çevirdiklərini sevirdim.

İnanırsanmı ki, dostlarını axtarırdım –
sənin köhnə dostlarını,
bu yolla ümumi keçmişinizi canlandırıb,
o dostlarla səndən danışa bilərdim.
Onları bircə-bircə qəlbimə yaxın buraxırdım,
pusquda dayanıb güdürdüm,
qəflətən dəlicəsinə üstlərinə cumub
dostluq umurdum...

Bir də böyüdüyün küçəni tapanda
sənin ağaclarına toxunurdum.
Evinizi də tapa bilərdim,
amma nəsə utandım.
Qonşular çoxdan başqadı.
Çox qudurmuşam, deyəsən –
artıq yuxularına da soxulur
və sənin necə qışqırdığını eşidirəm.
Amma o, başından yapışıb sakitləşdirir səni,
mən də çarpayının başında yumrulanıb
yuxuna girirəm.
   174   175   176   177   178   179   180   181   182   183   184