Page 98 - Turk_Edebiyyati_Antologiyasi
P. 98

Türkiyə ədəbiyyatı antologiyası
      98
                              İSTİQLAL MARŞI
                                       (himn)


                     Qorxma! Sönmәz bu şәfәqlәrdә üzәn al sancaq,
                                                    1
                     Sönmәdәn yurdumun üstündә tütәn әn son ocaq.
                     O, mәnim millәtimin ulduzudur – parlayacaq,
                     O, mәnimdir, o, mәnim millәtimindir ancaq!
                     Çatma, qurban olayım, çöhrәni, ey nazlı hilal,
                     Qәhrәman irqimә bir gül… Nә bu şiddәt, bu cәlal!
                     Sәnә olmaz tökülәn qanlarımız sonra halal,
                     Haqqıdır haqqa tapan millәtimin istiqlal.

                     Mәn әzәldәn bәridir hürr yaşadım, hürr yaşaram,
                     Hansı çılğın mәnә zәncir vuracaqmış – şaşaram!
                     Kükrәmiş sel kimiyәm – bәndimi çığnar, aşaram
                     Yırtaram dağları, әnginlәrә sığmam, daşaram.

                     Qәrbin afaqını sarmışsa polad zirehli divar,
                                  2
                     Mәnim iman dolu köksüm kimi sәrhәdim var.
                     Ulusan, qorxma! Nә cür böylә bir imanı boğar,
                     “Mәdәniyyәt” dediyin tәk dişi qalmış canavar?

                            3
                     Arkadaş , yurduma alçaqları uğratma, saqın !
                                                           4
                     Sipәr et gövdәni, dursun bu hәyasızca axın.
                     Doğacaqdır sәnә vәd etdiyi günlәr Haqqın.
                                        5
                     Kim bilir, bәlkә, yarın , bәlkә, yarından da yaxın.
                     Basdığın yerlәri “torpaq” deyәrәk keçmә, tanı!
                     Düşün altındakı minlәrcә kәfәnsiz yatanı.

               1  Tütmәk – tüstülәmәk
               2  Afaq – üfüqlәr
               3  Arkadaş – yoldaş, dost
               4  Saqın – qәti, әsla
               5  Yarın – sabah
   93   94   95   96   97   98   99   100   101   102   103