Page 100 - Turk_Edebiyyati_Antologiyasi
P. 100
Türkiyə ədəbiyyatı antologiyası
100
HÜSRAN 1
Mәn böylә baxıb durmayacaqdım, dili bağlı;
İslamı oyandırmaq üçün hayqıracaqdım.
Gur hissli, gur imanlı beyinlәr coşar ancaq
Mәn, zatәn, uzunboylu düşünmәkdәn uzaqdım!
Hayqır! Lakin kimә? Hanı sahiblәri yurdun?
Ellәrdir yatanlar – sağa baxdım, sola baxdım,
Fәryadımı artıq boğaraq, nәşini tutdum.
Min parça edib şeirimә gömdüm dә buraxdım.
Sellәr kimi vadini, әminәm, saracaqkәn,
Heç çağlamadan, gizli enәn yaş kimi axdım.
Yoxdur әlәmimdәn bu qәdәr qübbәdә bir iz,
İnlәr “Sәfahat”ımdakı hüsran belә sәssiz.
1 Hüsran – yanıldığını bilmәkdәn doğan üzüntü