Page 103 - Turk_Edebiyyati_Antologiyasi
P. 103
103
BÜTÜN TÜRK GƏNCLİYİNƏ
I
Yer tapmasın könlündә nә ehtiras, nә hәsәd,
Sәn bütün varlığınla yurdumuzun malısan.
Sәn bir insan deyilsәn, nә sümüksәn, nә dә әt,
Tuncdan bir heykәl kimi әbәdi qalmalısan. Nihal Atsız
İztirab çәk, inlәmә… sәs çıxarmadan keçin,
Bircә damla axsa da, bil, acizdir göz yaşın.
Yarı yolda ölsә dә, әn canbirqәlb yoldaşın,
Tәkbaşına dilәyә doğru at çapmalısan.
1
Əzilmәkdәn çәkinmә!.. Gerilәmәkdәn saqın !
İradәnlә olmalı bütün uzaqlar yaxın.
Müqәddәs amalına doğru edәrkәn axın
Atәşә atılmalı, dәnizә dalmalısan.
Ölümlәrdәn çәkinmә, mәyus olmaqdan utan,
2
Bir yolluq düşün, nәdir sәni dünyada tutan ?
Mәfkurәsindәn başqa, hәr varlığı unudan,
Qәhrәmanlar kimi sәn әbәdi qalmalısan…
1 Saqın – qәti, әsla
2 Tutmaq – saxlamaq