Page 102 - Turk_Edebiyyati_Antologiyasi
P. 102
Türkiyə ədəbiyyatı antologiyası
102
YOLLARIN SONU
Bu gün üz tutarkәn bir qürbәtә yenidәn,
Bәlkә, bir adam belә gәlmәyәcәkdir bizә.
Bir sümüyün dalınca saatlarla yol gedәn,
İtlәr belә gülәcәk kimsәsizliyimizә.
Gedirәm: ürәyimdә acısı yanıqların…
Ordularla yenilmәz bir qәzәb var qanımda.
Dünәn mәnimlә birgә gülәn dost-tanışların
Yalnız bir xatirәsi qalıb artıq yadımda.
Yuxaürәklilәrlә çәtin yollar aşılmaz,
1
Çünki bu yol qutludur – gedәr Tanrı dağına.
Halbuki yoldaşını buraxıb dönәnlәrin,
Dәyişib girir hamısı fahişә qılığına.
İstәr düşün, istәrsә quru xәyala bürün,
Uzanıb gedәr çünki, heç sonu yox yolların.
Baxarsan aldanmısan, bir ilğımdır gördüyün,
Sevimli bir xәyala açılarkәn qolların.
Ey mәşriqin alnımı sәrinlәdәn rüzgarı,
Ey qaranlıqda mәnә arxadaşlıq edәn Ay!
Arzularım bir oxdur, aşar ulu dağları,
Düşdüyü yer uzaqda “Dilәk” adlı bir saray.
O sarayda bulunca tanrılaşan әrlәri
Artıq gözüm arxaya bir daha dönmәyәcәk,
2
Hamı sussa da, Kürşad uzadaraq әlini,
“Xoş gәldin oğlum Atsız, qutlu olsun!” – deyәcәk.
1 Qutlu – müqәddәs
2 Kürşad – VII әsr türk sәrkәrdәsi