Page 99 - Turk_Edebiyyati_Antologiyasi
P. 99

99




               Sәn şәhid oğlusan, incitmә, yazıqdır atanı,
               Vermә, dünyaları alsan da bu cәnnәt vәtәni!
               Kim bu cәnnәt vәtәnin uğruna olmaz ki, fәda,
               Şühәda fışqıracaq, torpağı sıxsan, şühәda!
                      1
               Canı, cananı – bütün varımı alsın da xuda,
                                                      2
               Etmәsin tәk vәtәnimdәn mәni dünyada cüda .

               Ruhumun sәndәn, ilahi, budur ancaq әmәli,             Mehmet Akif Ərsoy
               Dәymәsin mәbәdimin köksünә namәhrәm әli.
               Bu әzanlar ki, şәhadәtlәri dinin tәmәli –
               Əbәdi yurdumun üstündә mәnim inlәmәli.

               O zaman vәcd ilә min sәcdә edәr – varsa daşım,
               Hәr cәrihәmdәn , ilahi, boşalıb qanlı yaşım;
                             3
               Fışqırar ruhi-mücәrrәd kimi yerdәn nәşim,
               O zaman yüksәlәrәk әrşә dәyәr, bәlkә, başım!

               Dalğalan, sәn dә, şәfәqlәr kimi, ey nazlı hilal!
               Olsun artıq tökülәn qanlarımın hamısı halal!
                                                    4
               Əbәdiyyәn sәnә yox, irqimә yox izmihlal :
               Haqqıdır, hürr yaşamış bayrağımın hürriyyәt,
                                  5
               Haqqıdır haqqa tapan millәtimin istiqlal.












          1  Şühәda – şәhidlәr
          2  Cüda – ayrı
          3  Cәrihә – yara
          4  İzmihlal – yıxılma
          5  Tapmaq – tapınmaq, sәcdә etmәk
   94   95   96   97   98   99   100   101   102   103   104