Page 96 - Turk_Edebiyyati_Antologiyasi
P. 96
Türkiyə ədəbiyyatı antologiyası
96
ANADOLUDAN BİR SƏS,
YAXUD CƏNGƏ GEDƏRKƏN
Mәn bir türkәm, dinim, cinsim uludur,
Sinәm, ruhum atәş ilә doludur.
İnsan olan vәtәninin quludur,
Türk övladı evdә durmaz, gedәrәm!
Yaradanın kitabın qaldırtmaram,
Osmancığın bayrağın aldırtmaram.
1
Düşmәnimi vәtәnә saldırtmaram ,
Tanrı evi viran olmaz, gedәrәm!
Bu torpaqlar әcdadımın ocağı,
Evim, obam bu yerin bir bucağı
Budur Vәtәn! Budur tanrı qucağı
Ata yurdum övlad bulmaz, gedәrәm!
Tanrım, şahid duracağam sözümdә,
Millәtimin sevgilәri özümdә.
Vәtәnimdәn başqa şey yox gözümdә,
Yar yatağın düşmәn almaz, gedәrәm!
Ağ köynәklә göz yaşımı silәrәm,
Qara daşla süngümü bülövlәrәm.
Vәtәnimçün ucalıqlar dilәrәm,
Bu dünyada kimsә qalmaz, gedәrәm!
1 Saldırmaq – hücum elәmәk