Page 95 - Turk_Edebiyyati_Antologiyasi
P. 95
95
MEHMET ƏMİN YURDAQUL Mehmet Əmin Yurdaqul
(1869–1944)
İstanbulda doğulub. Beşiktaş hәrbi mәktәbini
bitirib. “İttihad vә tәrәqqi” firqәsinin üzvü olduğuna
görә Ərzurum vә Trablusa sürgün edilib. 1913-cü ildә
Mosuldan millәt vәkili seçilib. Dövrünün tanınmış
ziyalılarından Adnan Adıvar vә Yusif Akçura ilә birlikdә
Türk Ocağını qurub. 1897-ci ildә Osmanlı-Yunanıstan
müharibәsinin qalibiyyәtlә bitmәsi münasibәtilә yazdığı
“Cәngә gedәrkәn” şeiri ilә tanınmağa başlayıb.
“Fәzilәt vә әdalәt” (1889), “Türk sazı” (1914), “Ey
türk, oyan” (1914), “Dan sәslәri” (1915), “Ordunun
dastanı” (1915), “Turana doğru” (1918) vә s. әsәrlәrin
müәllifidir.