Page 93 - Turk_Edebiyyati_Antologiyasi
P. 93
93
QUŞLARLA
Quşlar uçar,
Mәn qaçaram.
Onların qanadları var,
Mәnim qanadım, qollarım. Tofiq Fikrət
Quşlar qanadını çırpar,
Mәn dә qolumu yellәrәm.
Uçun quşlar, uçun quşlar!
Hamınızla yarışım var.
***
Kiçik әsgәr, silah әldә
Qәhrәmantәk irәlilәyir.
Qarşısında bütün hәr şey
“Qәhrәmanım, yaşa!” – deyir.
Kiçik әsgәr, kiçik әsgәr,
Vәtәn sәndәn xidmәt istәr!
Vәtәn üçün çәkәr әmәk,
Hәr kәs. Bu borcu hәr kәsin.
Vәtәn demәk – “anam” demәk
Sәn ananı sevmәzmisәn?
Kiçik әsgәr, kiçik әsgәr,
Vәtәn sәndәn şәfqәt istәr.
Vәtәn sәndәn hәyat umar,
Sәn yaşarsan, o canlanar.
Vәtәn üçün ölmәk dә var;
Fәqәt, borcun yaşamaqdır.
Kiçik әsgәr, kiçik әsgәr
Vәtәn sәndәn qüvvәt istәr.