Page 89 - Turk_Edebiyyati_Antologiyasi
P. 89

89




                                 1
               Çıx Fatimә, lәhddәn qiyam et,
               Yadımdakı halına davam et!
               Xәtm etmә bu razı, söylә bir söz
               Mәn istәrәm ah, öylә bir söz.

               Ya rәbb, ölәyimmi, neylәyim mәn?
               Ayrımı yaşayayım sevdiyimdәn?
               Verdin mәnә böylә bir müsibәt,                        Əbdülhəqq Hamid Tarhan
               Etdin mәni düşmәni-mәhәbbәt.

               Heç bir qulunu sevmirsәnmi sәn?
               Bәs böylә ölüm deyilmi erkәn?
               Bir daha görmәm onu, qaib etdim,
               Mәcnun kimi mәn onu sevәrkәn.


               …Qәbrin çiçәkdәn bir türbә olmuş,
               Dönmüş o türbә bir toy gәrdәyinә,
               Bir toy gәrdәyinә dönmüşsә türbәn,
               Aç qoynunu, aç, mәşuqunam mәn.

               …Sәn öldün – ölüm gözәldir, demәk
               Mәnim qalan ömrüm qәminlә ölmәk…




                         BÖYÜK QAZİYƏ


               Sәn ki xilqәt deyilәn ümmanın
               Ən böyük incisisәn,
               O, bu ülvi vәtәnin taleyinin
               Ən gözәl yıldızıdır,
               Bir dühadır ki, Günәşdәn yüksәk
               Vә göylәrlә ünsiyyәti var.
               Sәn dururkәn ona gәlmәz nöqsan,

          1  Lәhd – mәzar
   84   85   86   87   88   89   90   91   92   93   94