Page 88 - Turk_Edebiyyati_Antologiyasi
P. 88
Türkiyə ədəbiyyatı antologiyası
88
ƏLVİDA DEYƏ BİLMƏDİK
Ulduzsuz bir gecәydi…
Bir dağ çiçәyi kimi indidәn hәsrәtdәydik,
Sürgündә – çox uzaqlardaydım.
Vә gözlәrindi sürgün sәbәbim.
Çox tez çәkildin hәyatımdan,
Kәdәrlә әl eylәdin,
Mәnsә kәdәrlә sәrxoş…
Yarımçıq qalmışdı hekayәtimiz
Köçәri quşlar kimi gәlib keçdin bu şәhәrdәn,
Bәlkә, hәyatımdan.
Duymadın hayqırışımı, әzablarımı,
Sanırdım mәnimsәn – uçdun ovuclarımdan
Tuta bilmәdim, “Getmә!” dә deyәmmәdim.
Bir ulduz axışı qәdәr olammadın hәyatımda
Zaman çox qısaydı bizim üçün.
Yetmәdi gözlәrimizdәn yaşı silәcәk qәdәr,
Nә dә әlvida deyәcәk qәdәr…
MƏQBƏR
(ixtisarla)
1
Eyvah !.. Nә yer, nә yar qaldı,
Könlüm dolu ahu-zar qaldı.
İndi buradaydı, getdi әldәn,
Getdi әbәdә, gәlib әzәldәn.
2
Mәn getdim, o xaksar qaldı,
Bir guşәdә tarü-mar qaldı.
3
Baqi o әnisü-dildәn , eyvah!
Beyrutda bir mәzar qaldı.
1 Eyvah – tәәssüf bildirәn ifadә
2 Xaksar – toz-torpaq içindә, pәjmürdә
3 Baqi o әnisü-dildәn – könül dostundan geri