Page 86 - Turk_Edebiyyati_Antologiyasi
P. 86
Türkiyə ədəbiyyatı antologiyası
86
Allahdır istinadım ancaq
Növi-bәşәrin kamalı yoxdur.
VƏTƏN TÜRKÜSÜ
Bax, әdu qarşıda hazır silah,
1
Marş, igidlәr, vәtәn imdadına.
2
Marş ilәri, marş bizimdir fәlah ,
Marş, igidlәr, vәtәn imdadına.
Cümlәmizin validәmizdir vәtәn,
Hәr kәsi lütfüylә odur bәslәyәn.
Basdı әdu köksünә biz sağ ikәn,
Marş, igidlәr, vәtәn imdadına.
3
Şan-ı vәtәn hifz-i bilad u ibad ,
Etmәdәdir süngümüzә istinad.
Millәti eylәrmisiniz namurad,
Marş, igidlәr, vәtәn imdadına.
Rәhbәrimiz qeyrәti mәrdanәdir,
Hәr daşımız bir neçә min canәdir.
Canә deyil, meyli bu gün şanәdir,
Marş, igidlәr, vәtәn imdadına.
Yara nişandır tәninә әrlәrin,
4
Mövt isә son rütbәsidir әsgәrin.
Altı da bir, üstü dә birdir yerin,
Marş, igidlәr, vәtәn imdadına.
1 Ədu – düşmәn
2 Fәlah – müvәffәqiyyәt
3 Hifz-i bilad u ibad – şәhәrlәrin vә şәhәr әhalisinin qorunması
4 Mövt – ölmәk, hәlak olmaq