Page 82 - Turk_Edebiyyati_Antologiyasi
P. 82

Türkiyə ədəbiyyatı antologiyası
      82
                                     TÜRKÜ

                     Axşam olar, günәş gedәr indi buradan;
                     Qәrib-qәrib tütәk çalar çoban dәrәdәn,
                     Çox körpәsәn, kömәk olsun sәnә yaradan.
                     Gir sürüyә, qurd qapmasın, gәl, quzucuğum!
                     Sonra yardan ayrılarsan ah, yavrucuğum!

                     Çünki mövlam qul eylәdi sәnә özümü,
                     Ayağının torpağına sürtsәm üzümü.
                     Uyma әğyar fitnәsinә, dinlә sözümü,
                     Gәl sürüyә, qurd qapmasın, gәl, quzucuğum!
                     Sonra yardan ayrılarsan ah, yavrucuğum!

                     Dağları duman bürüdü, әğyar seçilmәz,
                     Ovçu qurmuş torunu o yerlәrdәn keçilmәz.
                     Vәfasızın mәclisindә badә içilmәz –
                     Gәl sürüyә, qurt qapmasın, gәl, quzucuğum!
                     Sonra yardan ayrılarsan ah, yavrucuğum!



                                     QƏZƏL

                                1
                     Diyari-küfrü gәzdim, uluslar, kaşanәlәr gördüm,
                     Dolaşdım mülki-islamı bütün viranәlәr gördüm.

                                                             2
                     Bulundum mәn dәxi dәr-üş-şәfayi-Babi-Alidә ,
                             3
                     Əflatunu bәyәnmәz anda çox divanәlәr gördüm.
                                            4
                     Hüzuri-guşeyi-meyxanәni mәn görmәdim getdi,
                     Nә mәclislәr, nә sәhbalar, nә işrәtxanәlәr gördüm.
               1  Diyari-küfr – kafirlәr diyarı
               2  Dәr-üş-şәfayi-Babi-Ali – Sәdrәzәm sarayı nәzdindә şәfaxana
               3  Əflatun – açıq-çәhrayı rәng
               4  Hüzuri-guşeyi-meyxanә – meyxananın rahat guşәsi
   77   78   79   80   81   82   83   84   85   86   87