Page 80 - Turk_Edebiyyati_Antologiyasi
P. 80

Türkiyə ədəbiyyatı antologiyası
      80
                                  MƏRSİYYƏ


                     Tifli-nazәninim, unutmam sәni,
                     Aylar, günlәr deyil, keçsә dә illәr.
                     Kәmtale eylәdi fәrağın mәni,
                     Çıxarmı xatirdәn o şirin dillәr.


                     Özüm dә qıymazdım öpmәyә tәnin,
                     İndi nә haldadır nazik bәdәnin.
                     Andıqca gülşәndә qönçә dәhanın,
                     Yansın ahım ilә kül olsun güllәr.


                     Tagәyyürlәr gelip cismi-sәminә ,
                               1
                                                 2
                     Töküldümü siyah әbru cibinә.
                                                3
                     Sırma saçlar yayıldımı zәminә ,
                     Dağıldımı qoxladığım sünbüllәr.

                     Fәlәyin tәnәsi yerin buldumu,
                     Gül yanağın, rәngi-rufun soldumu?
                     Əcәba, çürüdü, torpaq oldumu,
                     Öpüb oxşadığım o pambıq әllәr.















               1  Tәgәyyür – dәyişmә, başqalaşma
               2  Cismi-sәm – bütün bәdәninә
               3  Zәmin – yer, torpaq
   75   76   77   78   79   80   81   82   83   84   85