Page 92 - Turk_Edebiyyati_Antologiyasi
P. 92

Türkiyə ədəbiyyatı antologiyası
      92
                              MİLLƏT ŞƏRQİSİ
                                      (ixtisarla)

                                                         1
                     Çeynәndi, yetәr, varlığımız cәhl ilә qәhrә ,
                     Doğrandı mübarәk vәtәnin bağrı sәbәbsiz.
                     Birlikdә bu gün bulmalıyıq dәrdinә çarә,
                     Can qardaşı, qan qardaşı, şan qardaşıyıq biz.
                     Millәt yoludur, haq yoludur tutduğumuz yol,
                     Ey haqq, yaşa, ey sevgili millәt, yaşa, var ol!

                     …Zülmün topu var, güllәsi var, qәlәsi varsa,
                     Haqqın da bükülmәz qolu, dönmәz üzü vardır.
                     Göz yumma günәşdәn, nә qәdәr nuru qaralsa,
                     Sönmәz әbәdi, hәr gecәnin gündüzü vardır.
                     Millәt yoludur, haq yoludur tutduğumuz yol,
                     Ey haq, yaşa, ey sevgili millәt, yaşa, var ol!

                     Vaxtilә baban kimsәyә minnәtmi edәrdi?
                                       2
                     Yox!.. Qalmadı, haşa , sәnә zillәt pәdәrindәn.
                     Dünyada şәrәfdir yaşadan millәti, fәrdi;
                                     3
                     Silkin, bu mәzәllәt tozu uçsun üzәrindәn,
                                  4
                     İnsanlığı pamal edәn alçaqlığı yıx, әz!
                     Billah, yaşamaq yerdә sürüklәnmәyә dәymәz!

                     Haqsızlığın ünvanını gördük – bumu qanun?
                     Ən qәmli sәfalәtlәrә düşdük – bumu dövlәt?
                     Dövlәtsә dә, qanunsa da, artıq yetәr olsun.
                     Artıq yetәr olsun bu dәni zülmü-cәhalәt.
                     Millәt yoludur, haq yoludur tutduğumuz yol
                     Ey haq, yaşa, ey sevgili millәt, yaşa, var ol!

               1  Cәhl ilә qәhr – cәhalәt vә mәhv olma
               2  Haşa – heç vaxt, qәtiyyәn
               3  Mәzәllәt – alçalma, tәhqir
               4  Pamal – ayaq altı
   87   88   89   90   91   92   93   94   95   96   97