Page 105 - Turk_Edebiyyati_Antologiyasi
P. 105

105




                          ÖZÜNƏ DOĞRU


               Atanın içkisi köpüklü qımız,
               Arpa suyu içmә! – dedi bir qırğız.

               Evinin meyvәsi әriklә alma,
               Qonşunun bağından xurmanı alma!                       Ziya Göyalp


               Başqa dilә uymaz ananın sәsi,
               Hәr sözün, arasan, vardır türkcәsi.


               Duymadan düşünmә, görmә sezmәdәn,
               Öz ağlın olsun qoy önündә gedәn.


                       1
               Dilә, yap ! Tanrının sәnsәn bilәyi,
               Göytürkün sәndәdir uca dilәyi!
               Dәmir sәnә tapar, şimşәk baş әyәr,
               İstәmә! Sәn yarat, görmә, sәn göstәr!



                           ƏSGƏR DUASI
                                (ixtisarla)

               Əlimdә tüfәng, könlümdә iman,
               Dilәyim iki: din ilә vәtәn…
               Ocağım ordu, böyüyüm Sultan,
               Sultana imdad eylә, Yarәbbi!
                              2
               Ömrünü müzdad eylә, Yarәbbi!
               Yolumuz qәza, sonu şәhadәt,
               Dinimiz istәr sidq ilә xidmәt.


          1  Yapmaq – hәyata keçirmәk
          2  Müzdad – uzatmaq, çoxaltmaq
   100   101   102   103   104   105   106   107   108   109   110