Page 108 - Turk_Edebiyyati_Antologiyasi
P. 108
Türkiyə ədəbiyyatı antologiyası
108
PİLLƏKƏN
Ağır-ağır çıxacaqsan bu pillәkәnlәrdәn,
Ətәklәrindә günәş rәngi bir yığın yarpaq,
Vә bir zaman baxacaqsan sәmaya ağlayaraq.
Sular saraldı... üzün pәrdә-pәrdә solmaqda,
Qızıl havaları seyr et ki, axşam olmaqda...
1
3
2
Əyilmiş әrzә , qanar , müttәsil qanar güllәr,
Durur alov kimi dallarda qanlı bülbüllәr.
Sularmı yandı? Nәdәn tunca bәnzәyir mәrmәr?
4
Bu bir lisani-hafidir ki, ruha dolmaqda,
Qızıl havaları seyr et ki, axşam olmaqda.
AĞAC
Gün bitdi. Ağacda nәşә söndü,
Yarpaq atәş oldu, quş da yaqut,
Yarpaqla quşun parıltısından
5
Hovuzun suyu әrgüvana döndü.
QƏRƏNFİL
Yarın dodağından gәtirilmiş
Bir qәtrә alovdur bu qәrәnfil –
Ruhum acısından bunu bildi!
1 Ərz – yer
2 Qanmaq – qanamaq
3 Müttәsil – daim, dalbadal, sıra ilә
4 Lisani-hafi – gizli dil
5 Ərgüvan – açıq-çәhrayı çiçәk açan bәzәk ağacı