Page 112 - Turk_Edebiyyati_Antologiyasi
P. 112
Türkiyə ədəbiyyatı antologiyası
112
QAR MUSİQİLƏRİ
Min ildәn uzun bir gecәnin bәstәsidir bu,
Min il sürәcәk zәnn edilәn qar sәsidir bu.
Bir tәnha monastırda dualar kimi qәmli,
Yüzlәrcә ağızdan bir xor sәsi tәki davamlı.
Bir orqan ahәngi yayılmaqda dәrindәn
1
Duydumsa da, zövq almadım islav kәdәrindәn.
Zehnim bu şәhәrdәn, bu dövrdәn çox uzaqda,
3
2
Tәmburi Cәmil bәy çalır әski plakda .
Birdәn-birә mәsudam, eşitmәk hәvәsiylә
Könlüm dolu İstanbulun әn doğma sәsiylә.
Sandım ki, uzaqlaşdı yağan qar vә qaranlıq
Röyamda bütün bir gecә Körfәzdәyәm artıq!
BİR BAŞQA TƏPƏDƏN
Sәnә dün bir tәpәdәn baxdım, әziz İstanbul!
Görmәdim gәzmәdiyim, sevmәdiyim heç bir yer.
4
Ömrüm olduqca könül taxtıma keyfincә sarıl ,
Sadә bir sәmtini sevmәk belә bir ömrә dәyәr.
Neçә rövnәqli şәhәrlәr görmüşәm dünyada,
Lakin ovsunlu gözәlliklәri sәnsәn yaradan.
Yaşamışdır, – deyirәm әn xoş, uzun röyada
Sәndә çox il yaşayan, sәndә ölәn, sәndә yatan!
1 İslav – slavyan
2 Tәmburi Cәmil bәy (1875–1916) – Osmanlı dövrü mәşhur kamança ifaçısı
3 Plak – patefon valı, plastinka
4 Sarılmaq – yapışmaq