Page 116 - Turk_Edebiyyati_Antologiyasi
P. 116
Türkiyə ədəbiyyatı antologiyası
116
VƏTƏN HİSSLƏRİ
Düşmәz yerә, haşa, bizim bayrağımızdır,
Bir fәcr olaraq doğmadadır hәr dağımızdan.
1
2
Ay-ulduz – o mazidәki bir süsdür, әmin ol,
3
Atidә günәşlәr doğacaq bayrağımızdan!
Altında yatarkәn dә bizimdir yerin üstü,
Bir qәlә olar torpağımız – vәcdә gәlәr dә.
Dağlar, qayalar köksümüz üstündә tәpinsә
Düşmәnları biz ram edәrik qan kәsilәr dә.
Dәryaları qan, daşları bitmәz sümük olsa,
Bir son nәfәsin eyni olub bitsә nәsimi,
4
Ölmәz bu vәtәn, fәrzi-mühal , ölsә dә hәtta
5
Çәkmәz kürәnin sırtı o tabuti-cәsimi .
1 Fәcr – dan şәfәqi
2 Mazi – keçmiş
3 Ati – gәlәcәk
4 Fәrzi-mühal – heç cür, әsla
5 Tabuti-cәsim – böyük tabut