Page 118 - Turk_Edebiyyati_Antologiyasi
P. 118
Türkiyə ədəbiyyatı antologiyası
118
ŞAM İŞIĞI
Getdikcә donuqlaşan gecә qovuşağında,
Bir röyaya dalarıq solğun şam işığında.
Nәnәlәr bu işıqda hördü hörgülәrini,
Saçlarının bu işıq öpdü ağ tellәrini.
Bu nurdan gözlәri işıqlandı qızların,
Bu işıq sirlәrini yaratdı ulduzların.
Qaranlığın bu işıq dağıtdı qorxusunu,
Körpәlәr bu işıqda uyudu uyğusunu.
Başında güllü tacı, köksündә yasәmәnlәr
Bu işıqda soyundu neçә tәzә gәlinlәr.
Çәrçivәsi sәdәfdәn işlәnmә güzgülәrdә
Bu işıqla әks etdi neçә-neçә xatirә.
Neçә ana çöhrәsi, neçә mәsum gülüşü,
Bәzәn dә ağlar kimi bir dodaq büzülüşü…
Demәk ki, ruhumuza uzaq deyil bu işıq,
İçindә parça-parça mәnliyimiz qarışıq.
Dәymәyin, parıldasın barı bircә misrada,
Heç olmasa, Nәdimin çöhrәsi düşsün yada.
Gözlәrimiz önündәn keçәn bәyaz yaşmaqlar
Zәnn edәk ki, tüllәri atәşlәyәn dodaqlar.
Vә aynada әks edәn alın qırışığında
Ölümü xatırlarıq solğun şam işığında.