Page 123 - Turk_Edebiyyati_Antologiyasi
P. 123

123




                               SAZIMA


               Mәn gedәrәm, sazım, sәn qal dünyada,
               Gizli sirlәrimi aşikar etmә.
               Lal olsun dillәrin, söylәmә yada,
               Qәrib bülbül kimi ahu-zar etmә.


               Gizli dәrdlәrimi sәnә anlatdım,                       Aşıq Veysəl Şatıroğlu
               Çalışdım, sәsini sәsimә qatdım.
               Bәbә kimi qollarımda yatırtdım,
                          1
               Xәyali-xatir et, mәni unutma.

               Bağçada tut ikәn bilmәzdin sazı,
               Bülbül qonardımı üstünә bәzәn.
               Hansı quşdan aldın sәn bu avazı?
               Söylә doğrusunu, gәl inkar etmә.


               Ay keçsә, il keçsә, uzansa ara,
               Geyin qara libas, söykәn divara.
               Yanında köksündәn açılsa yara,
               Yar gәlmәdәn yaraların yoxlatma.

               Sәn pәtәk misalı, Veysәl dә arı,
               Sızlaşıb bәrabәr yapardıq balı.
               Mәn bir insan oğlu, sәn bir tut dalı,
               Mәn atamı, sәn ustanı unutma.














          1  Xәyali-xatir – yada salmaq, xatırlamaq
   118   119   120   121   122   123   124   125   126   127   128