Page 124 - Turk_Edebiyyati_Antologiyasi
P. 124
Türkiyə ədəbiyyatı antologiyası
124
DOSTLAR MƏNİ XATIRLASIN
Mәn gedәrәm, adım qalar,
Dostlar mәni xatırlasın.
Düyün olar, bayram gәlәr –
Dostlar mәni xatırlasın.
Can qәfәsdә durmaz, uçar,
1
Dünya bir xan , qonan köçәr.
Ay dolanar, illәr keçәr
Dostlar mәni xatırlasın.
Can bәdәndәn ayrılacaq,
Tütmәz baca, yanmaz ocaq.
Salam olsun qucaq-qucaq
Dostlar mәni xatırlasın.
Nә gәlәrdim, nә gedәrdim,
Gündәn-günә artdı dәrdim.
Qәrib qalar yerim-yurdum
Dostlar mәni xatırlasın.
...Gün günorta, axşam olar,
Gör ki, başa nәlәr gәlәr.
Veysәl gedәr, adı qalar
Dostlar mәni xatırlasın.
1 Xan – karvansaray, müsafirxana