Page 120 - Turk_Edebiyyati_Antologiyasi
P. 120
Türkiyə ədəbiyyatı antologiyası
120
1
BİR SƏLVİ KÖLGƏSİ
Ruhumu bu çarmıxa öz әllәrimlә gәrdim:
Bir peyğәmbәr әzabı qaynayır hәr yerimdә.
Ölüm qara bir tonqal qalayır gözlәrimdә –
Aldığım hәr nәfәsi son nәfәs kimi verdim!
Nәşәlәr, ehtiraslar, arzular, artıq gedin!
2
Qәhqәhәlәr – içimdә qanayan birәr zәqqum?
İşıqlar – gözlәrimә saçılan bir ovuc qum?
Bir sәlvinin kölgәsi: son cәnnәti ümidin.
Bir sәlvinin kölgәsi: qırx ilin son әmәli,
Son hıçqırıq bu sәlvi kölgәsindә dinәcәk.
Son damla yaş bu sәlvi kölgәsinә sinәcәk,
Alnımı oxşayınca ölümün ana әli.
EVİM
Dәdәmdәn yadigar olan bu evi
Qışın fırtınası, yayın alovu
Hәlә mәn olmadan köhnәldib.
Fikrim bu xülyaya bәzәn dalar da,
Düşünüb deyirәm: “Bu otaqlarda
Kim bilir ey, kimlәr yaşayıb, yatıb”!
İndi bir mәn varam, bir dә anam var,
Onsuz da, ondan başqa, daha kimim var?
Mәnim ömrüm onun, onunku mәnim!
1 Sәlvi – sәrv ağacı
2 Birәr – bir-bir