Page 125 - Turk_Edebiyyati_Antologiyasi
P. 125
125
MƏNİM SADİQ YARIM
QARA TORPAQDI
(ixtisarla )
Dost-dost deyә neçәsinә sarıldım –
Mәnim sadiq yarım qara torpaqdı.
Beyhudә dolandım, boşa yoruldum, Aşıq Veysəl Şatıroğlu
Mәnim sadiq yarım qara torpaqdı.
…Qarnın yardım qazma ilәn, belinәn,
Üzün yırtdım dırnağınan, әlinәn.
Yenә mәni qarşıladı gülünәn –
Mәnim sadiq yarım qara torpaqdı.
Hәqiqәt ararsan, açıq bir nöqtә,
Allah qula yaxın, qul da Allaha.
Haqqın gizli xәzinәsi torpaqda,
Mәnim sadiq yarım qara torpaqdı.
Bütün qüsurumu torpaq gizlәyir,
Mәlhәm sarıb yaralarım düzlәyir.
Qolun açıb yollarımı gözlәyir –
Mәnim sadiq yarım qara torpaqdı.
Hәr kim ki, olursa bu sirrә mәzhәr ,
1
Qoyar bu dünyada ölmәz bir әsәr.
Gün gәlәr Veysәli bağrına basar –
Mәnim sadiq yarım qara torpaqdı.
1 Mәzhәr – çatan, yetişәn