Page 128 - Turk_Edebiyyati_Antologiyasi
P. 128
Türkiyə ədəbiyyatı antologiyası
128
FƏRARİ
Sәnә çirkin dedilәr, düşmәni oldum gözәlin,
Sәnә kafir dedilәr, diş qıcadım haqqa belә.
Topladın sәpdiyi altunları yüzlәrcә әlin,
1
Fühşә uydun da qәrәz bağladım әxlaqa belә.
Sәnә çirkin demәdim mәn, sәnә kafir demәdim;
Mәncә, dinin kimi küfrün dә müqәddәsdi sәnin.
Yaşadın beş sәnә könlümdә – müsafir demәdim;
2
3
Bu fәrar ağlına hardan, nә zaman әsdi sәnin?
Zülfünün yay kimi qüvvәtli, polad tellәrinә
Vurulan könlüm әsrlәrlә dalınca gedәcәk.
Sәn bir ahu kimi dağdan-dağa qaçsan da yenә,
Sәni eşqim canavarlar kimi tәqib edәcәk.
QOŞMA
Kirpiyinә sürmә çәk,
Xına yax barmağına:
Bu il yaşın girәcәk
Qız, gәlinlik çağına.
Bәlli edir duruşum –
Mәn sәnә vurulmuşam,
Qonsun qoy könül quşum
Saçlarının ağına.
1 Fühuş – fahişәlik
2 Müsafir – qonaq
3 Fәrar – qaçmaq