Page 131 - Turk_Edebiyyati_Antologiyasi
P. 131

131




                  NƏ İÇİNDƏYƏM ZAMANIN


               Nә içindәyәm zamanın,
               Nә dә büsbütün dışında.
                      1
               Yekparә , geniş bir anın
               Parçalanmaz axışında.

               Bir qәrib röya rәngiylә                               Əhməd Həmdi Tanpınar
               Yuxlamış kimi hәr şәkil.
               Rüzgardakı yarpaq belә
                                2
               Mәnim qәdәr xәfif deyil.
               Başım – sükutu üyüdәn
               Ucsuz-bucaqsız dәyirman.
               İçim muradına yetmiş
               Əbasız-şalsız bir dәrviş.


               Kökü mәndә bir sarmaşıq
               Olmuş dünya, sezmәkdәyәm.
               Mavi, masmavi bir işıq
               Ortasında üzmәkdәyәm.


















          1  Yekparә – bütöv
          2  Xәfif – yüngül
   126   127   128   129   130   131   132   133   134   135   136