Page 136 - Turk_Edebiyyati_Antologiyasi
P. 136
Türkiyə ədəbiyyatı antologiyası
136
HARDASAN?
1
Gecә vaxtı bir sәs bölәr yuxumu,
İçim әsim-әsim әsәr: – Hardasan?
İllәrdi ki, axtarıram mәn onu,
Aşiqiyәm mәni çağıran sәsin.
Gün olur, sürüyüb mәni dәrbәdәr,
Bu sәs rüzgarlara qarışıb gedәr.
Gün olur, arxamca gәlib bәrabәr
Qәfildәn hayqırar mәnә: – Hardasan?
Bütün sevgilәri atıb içimdәn,
Varlığımı yalnız ona verdim mәn.
Nә ola, nә ola, bir gün dәrindәn,
Lap dәrindәn mәnә bir gün: “Gәl!” – desin.
BƏSBƏLLİ
Bәsbәlli ölümüm dan ertәdәndir,
İlk işıq qorxuyla düşәr şüşәdәn –
Uzan, başucumda, pәrdәni endir,
Şam olduğu kimi qalsın gecәdәn.
Sonra qaç şapşapla xәbәr vermәyә
“Kirәçim bu sabah can verdi”, – deyә.
Üç-beş nәfәr bilsin vә bәlәdiyyә
2
Mәni götürmәyә gәlsin odamdan .
Evdәn çıxar-çıxmaz çiyindә tabut,
Sәn dә ellәr kimi adımı unut.
1 Bölmәk – burada: yarımçıq qoymaq
2 Oda – otaq