Page 140 - Turk_Edebiyyati_Antologiyasi
P. 140
Türkiyə ədəbiyyatı antologiyası
140
Qovaqlarını öymәkdәn,
Quru-quruca sevmәkdәn
Nә çıxar ki, mәmlәkәtim?
Qara torpağa әyilib,
Alnımın tәrini silib
Bircә qovaq әkәmmәdim…
SƏN MƏNİM SƏRXOŞLUĞUMSAN
Sәn mәnim sәrxoşluğumsan,
nә ayıldım,
nә ayıla bilirәm,
nә ayılmaq istәrәm.
Başım ağır
dizlәrim parçalanmış
üstüm-başım palçıq içindә
yanıb-sönәn işığına yıxıla-yıxıla gedirәm.
SAĞ ƏLİM
Sağ әlim masanın üstündә,
1
sәslәnsәm duyarmı әcәba ?
Sağ әlim masanın üstündә,
mәrhәba, sağ әlim, mәrhaba.
Sağ әlim masanın üstündә,
damarlı, qırışıq vә çilli,
amma bu ixtiyarın әli
2
dünyadan doymayıb – bәsbәlli .
Taxta sәrt, ovucum yumuşaq,
1
Duyarmı, әcәba – Eşidәrmi, görәsәn?
2 Bәsbәlli – açıq-aşkar