Page 142 - Turk_Edebiyyati_Antologiyasi
P. 142

Türkiyə ədəbiyyatı antologiyası
      142
                     Sәn yoxdun,
                     әllәrimlә toxundum sәnә –
                     әllәrim üzümdәydi.



                     QOCALMAĞA ALIŞIRAM


                     Qocalmağa alışıram – dünyanın әn zor sәnәtinә
                     qapıları döymәyә son kәrә,
                     durub-dincәlmәdәn ayrılığa.
                     Saatlar-axarsınız, axarsınız, axarsınız…
                     Anlamağa çalışıram inanmağı itirmәyin bahasına
                     Bir söz söylәyәcәkdim sәnә – söylәyәmmәdim.
                     Dünyamda sәhәr erkәn acqarına çәkdiyim siqaretin da dı,
                     Ölüm özündәn öncә mәnә tәnhalığını yolladı.
                     Qısqanıram elәlәrini – qocaldıqlarını belә hiss etmirlәr
                     O qәdәr başlarından aşır ki, işlәri.



                                 CEVİZ AĞACI

                     Başım köpük-köpük bulud, içim-çölüm dәniz,
                     Mәn bir ceviz ağacıyam Gülxanә parkında,
                     Budaq-budaq, şaxlı-şivli ixtiyar bir ceviz,
                     Nә sәn bunun fәrqindәsәn, nә polis fәrqindә.


                     Mәn bir ceviz ağacıyam Gülxanә parkında,
                     Yarpaqlarım suda balıq kimi qıvıl-qıvıl ,
                                                       1
                                                      2
                     Yarpaqlarım ipәk yaylıq kimi tiril-tiril ,
                     Əl at qopar, gözlәrinin, gülüm, yaşını sil.
                     Yarpaqlarım әllәrimdir, tam yüz min әlim var,


               1
                Qıvıl-qıvıl – qıvrıla-qıvrıla
               2  Tiril-tiril – tir-tir әsmәk
   137   138   139   140   141   142   143   144   145   146   147