Page 143 - Turk_Edebiyyati_Antologiyasi
P. 143
143
Yüz min әllә toxunuram sәnә, İstanbula.
Yarpaqlarım gözlәrimdir. Şaşaraq baxaram,
Yüz min gözlә tamaşa edәrәm sәnә, İstanbula,
Yüz min ürәk kimi çarpar, çarpar yarpaqlarım.
Mәn bir ceviz ağacıyam Gülxanә parkında,
Nә sәn bunun fәrqindәsәn, nә polis fәrqindә. Nazim Hikmət
YAS MƏRASİMİM
Bizim hәyәtdәnmi qalxacaq cәnazәm?
Necә endirәcәklәr mәni üçüncü qatdan?
Yәqin, liftә sığmaz tabut,
pillәkәnlәrsә xeyli dar.
Bәlkә, hәyәtdә dizboyu günәş vә göyәrçinlәr olacaq,
bәlkә, qar yağacaq uşaq qışqırtılarıyla dolu,
bәlkә, islaq asfaltıyla yağış,
Vә hәyәtdә zibil yeşiklәri duracaq hәmişәki kimi.
Maşına, yerli adәtlә, üzüm açıq qoyulacağamsa,
Nәsә damcılaya bilәr alnıma bir göyәrçindәn: uğurdur.
Orkestr gәlsә dә, gәlmәsә dә, uşaqlar gәlәcәk yanıma,
maraqlanar ölülәrlә uşaqlar.
Baxacaq arxamdan mәtbәx pәncәrәmiz,
Balkonumuz ötürәcәk mәni camaşırlarıyla.
Mәn bu hәyәtdә bәxtiyar yaşadım bilmәdiyiniz qәdәr
Hәyәtdaşlarım, uzun ömürlәr dilәrәm hamınıza.
Aprel 1963