Page 393 - Turk_Edebiyyati_Antologiyasi
P. 393
393
Ana, sәnin ürәyin daş olsa dözәrmi
Quş olsa, çiçәk olsa, gündüz olsa,
Sınmazmı dәrddәn bәnövşәnin sap kimi boynu?..
Bu dәfә dağlar doğsun mәni, ana
Sәn dә ilıq yağış ol
Elә hey yağ qanayan yerlәrimә!.. Heydər Ərgülən
YENƏ SENTYABR
sarı sözlәr yazırsınız
sarı kağızlara bükürsünüz
hәr mәktubunuzla bir az da
üşüdürsünüz saralmış ömürlәri
bir xatirә dә qazandırırsınız sanki
yarpaq oğrusu kimi
sentyabr yenә yorğun, yenә heçlikdә
zәrf tünlüyündә tәnha bir marka
sentyabr, yenә: kimsәnin göndәrmәdiyi…