Page 390 - Turk_Edebiyyati_Antologiyasi
P. 390
Türkiyə ədəbiyyatı antologiyası
390
Vә insanların qorxulu
Hekayәtlәrini danışdım onlara
Gecә sәn yuxudaykәn
Ürәyim ulduz kimi bağlandı sәnә
Buna görә, mәhz bax buna görә
Yeni ad verdim sәnә
Destina.
Sәn elә etinasızcasına yatsan da bir küncdә
Buna görә, mәhz bax buna görә
Hәyatdan çox ölümә yaxın olduğun üçün
Sәni bu cür yıxdıqları üçün
Destina
Hәyatımın sirrini verәcәyәm sәnә…