Page 392 - Turk_Edebiyyati_Antologiyasi
P. 392

Türkiyə ədəbiyyatı antologiyası
      392
                                    KÖLGƏSİ


                     Olmaq istәyirәm
                     su içәn sәsin
                     yeriyәn sözün
                     düşünәn әlin
                     öpüşәn gözün
                     yoxsa kölgәsi!..



                                MAVİ KEÇDİ…

                     Yayın o gözәl çağı,
                     yadındamı, sanki göy üzündә oturmuşduq…

                     Sәni öpmәk göy üzünü öpmәk kimi
                     mavi bir şey idi…

                     Gәnclik elә bir yaydı ki
                     nә yurd, nә ev, nә otaq
                     yalnız göy üzü
                     yetәr insana.

                     Biz sәninlә göy üzündә
                     çox oturduq
                     gәncliyimiz
                     çox mavi keçdi..
                     Çox!



                                       ANA

                     Doğrudan, sәndәnmi doğuldum, ana?
                     Yollar, çaylar, günün gözәl çağları varkәn
                     İnsandanmı doğular uşaq?
   387   388   389   390   391   392   393   394   395   396   397