Page 389 - Turk_Edebiyyati_Antologiyasi
P. 389

389




                    SƏNİ QOYUB GEDİRƏM


               Sәni qoyub gedirәm sәmәndәr әllәrimlә
               sәni qoyub gedirәm
               sәni qoyub gedirәm
               divarlarda qurudulan mavi gül әllәrimlә
               içimdәki sulara
               içimdәki qamışlığa                                    Lalə Müldür
               içimdәki bataqlıqlara


               sәni qoyub gedirәm
               sәni qoyub gedirәm özünә dalmış
               qollarımın anarxist gözәlliyiylә
               içimdәki yosun yaşılı sulara
               içimdәki tәhlükәli sahillәrә
               içimdәki qara işığa

               sәni qoyub gedirәm
               sәni yatıracağam әllәrimdә
               cökә yarpağı kimi
               sәni yatıracağam sinәm üstdә
               bәnövşәlәr kimi
               sәni yatıracağam gözlәrimdә
               yağış suyu kimi..



                              DESTİNA

               Gecә sәn yuxudaykәn
               Adını pıçıldadım
               Vә heyvanların qorxulu
               hekayәtlәrini danışdım.

               Gecә sәn yuxudaykәn
               Çiçәklәrә su verdim
   384   385   386   387   388   389   390   391   392   393   394